Bakıda azyaşlı qız ikinci dəfə  ƏRƏ VERİLİR

 15:27 24.11.2022     169

Bakıda azyaşlı ikinci dəfə ərə verilir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib.

K.Ağazadə qeyd edib ki, yeniyetmə Xəzər rayonu Türkan qəsəbəsində yaşayan biri ilə evləndirilir.

"Qız 13 yaşında evləndirilib və hətta 1 yaşında körpəsi də var. O, əvvəlki ailəsindən ayrılıb və yenidən ərə verilir".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev modern.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqəli araşdırma aparılır.