Samuxda quyudan meyiti tapılan kişinin şəxsiyyəti məlum oldu

Samux rayonunda quyudan aşkarlanan meyitin şəxsiyyəti və hadisənin təfərrüatları məlum olub.
Redaktor.az xəbər verir ki, rayonun Çobanabdallı kəndində meyiti quyudan çıxarılan şəxs, 1954-cü il təvəllüdlü Tofiq Əhmədov olub.
Onun insult xəstəsi olduğu, həmin vaxt həyətdə olan dərinliyi 2 metr quru quyunun yaxınlığından keçən zaman ora yıxıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.