“Kubinka”da güclü yanğın başlayıb - VİDEO
Bakının “Kubinka” adlanan məhəlləsində güclü yanğın başlayıb.
Redaktor.az xəbər verir ki, yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Fövqəladə Hallar Nazirliyindən saytımıza bildirildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Həmin görüntüləri təqdim edirik:
(Baku.tv)













