Qəbələ sakini itkin düşdü

 15:18 30.11.2022     654

Qəbələ rayon sakini itkin düşüb.

Redaktor.az xəbər verir ki, rayon sakini, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlu dünən saat 15:00 radələrində sahibi olduğu mağazadan çıxıb və geri qayıtmayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov APA-ya bildirib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

Vumart və Güvən reklamı Vumart Güvən