“Landmark”dan terrorizmi təbliğ edən filmlə bağlı AÇIQLAMA

 21:27 30.11.2022     570

“Landmark” plaza nə səfirlik, nə də Avropa İttifaqının Bakıdakı nümayəndəliyi ilə sözügedən filmin təqdimatı üçün razılığa gəlib”.

Redaktor.az xəbər verir ki, bu sözlər “Landmark”dan verilən açıqlamada yer alıb.

Plazadan bildirilib ki, səfirliyin yaydığı məlumat həqiqəti əks etdirmir:

“Bizdə belə bir təqdimat baş tutmayacaq. Ümumiyyətlə, hər hansı bir tədbir keçirildikdə əvvəlcədən mövzu barədə məlumat əldə edirik. Əgər tələblər uyğun gəlmirsə, razılaşma olmur. “Odda-İki bacı” filmi barədə bizə müraciət belə edilməyib”.

Qeyd edək ki, bu gün Almaniyanın Azərbaycandakı səfirliyi Avropa İttifaqı ilə birlikdə hazırladıqları “Odda - İki bacı” filminnin nümayişinin “Landmark” plazada təqdim edilə biləcəyinə dair məlumat yayıb. Filmdə PKK terrorçu qruplaşmasının təbliğinə yer verildiyi üçün səfirliyin bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, hadisədən xəbər tutan vətəndaşlar Almaniya və Yunanıstan istehsalı olan filmin nümayişinə qarşı çıxaraq “Landmark” plazanın qarşısında toplaşıblar.