Bakıda 20 yaşlı hamilə qadın qəfil öldü

 10:32 01.12.2022     212

Bakıda hamilə qadın qəfil ölüb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, II Mədən massivində qeydə alınıb.

Belə ki, noyabrın 30-da 5 aylıq hamilə, 2002-ci il təvəllüdlü Nəzrin Nəsir qızı Həsənova yaşadığı fərdi evdə qanaxma səbəbindən vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.