Bu şəhərdə tələbələr arasında kütləvi dava oldu - VİDEO - YENİLƏNİB
Noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı araşdırma başlayıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
***
Gəncədə tələbələr arasında kütləvi dava olub.
Redaktor.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə kütləvi davaya çevrilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Sözügedən davanın görüntülərini təqdim edirik:













