Şamaxıda müəllim şagirdi döyüb, bu hala saldı - VİDEO - YENİLƏNİB

 22:42 02.12.2022     504

Şamaxıda 7-ci sinif şagirdini döydüyü idda edilən tarix müəllimi Təranə Əsgərova hadisə barədə danışıb.

Redaktor.az xəbər verir ki, şagirdi döydüyü iddia edilən müəllimə Təranə Əsgərova isə deyilənlərin yalan olduğunu bildirib.

O, şagirdinə qarşı şiddət göstərmədiyini dilə gətirib.

Məktəbli isə iddia edib ki, tənəffüs zamanı sinif yoldaşı ilə birlikdə sinifdəki şkafa girdiyinə görə döyülüb.

Hadisədən xəbər tutan şagirdin anası məktəbə gedib. Valideyn müəllimin üzr istəməsini tələb edib. İddia edilir ki, direktor otağında valideynlə müəllim arasında mübahisə yaşanıb.

Məsələylə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsi münasibət bildirib.

Bildirilib ki, təhsil ocağında baş verdiyi iddia edilən xoşagəlməz hadisənin təfərrüatlarına aydınlıq gətirildikdən sonra məsləyə hüquqi qiymət veriləcək.

Daha ətraflı "Xəzərxəbər"-in süjetində:

***

Şamaxıda müəllim şagirdi döyüb. Hadisədən xəbər tutan valideynlə müəllim arasında dava düşüb.

Redaktor.az REAL TV-yə istinadən xəbər verir ki, hadisə Şamaxı şəhəri 3 saylı tam orta məktəbində qeydə alınıb. İddiaya görə, 7-ci sinif şagirdi Rəvan İsayev tarix müəllimi Təranə Əsgərova tərəfindən döyülüb.

Məktəblinin sözlərinə görə, hadisə dərs saatında baş verib. Sinif yoldaşı ilə birlikdə sinif otağındakı şkafa girən Rəvan bu səbəbdən tarix müəllimi tərəfindən döyüldüyünü deyir.

Bildirilir ki, Rəvan İsayev 5 yaşında başından əməliyyat olunub. Bununla yanaşı, müəllim məktəblini sinif yoldaşlarının yanında təhqir edib.

Təranə Əsgərova isə deyilənlərin yalan olduğunu və şagirdinə qarşı şiddət göstərmədiyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən