Bakıda fərdi yaşayış evi yandı
Bakının Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Redaktor.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, “112” qaynar xəttinə yanğın barədə məlumat daxil olub. Məlumata əsasən rayonun yanğından mühafizə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Operativ müdaxilə nəticəsində yanğın söndürülüb.
Bildirilib ki, təxminən ümumi sahəsi 50 kv.m. olan 2 mərtəbəli evin dam örtüyü yanıb.
Əlavə məlumat veriləcək.













