Sumqayıtda iki uşaq yanaraq öldü 

 15:40 04.12.2022     336

Sumqayıtda yaşayış evində yanğın olub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfər azyaşlının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evlərin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.