Güclü qar Azərbaycanın bu şəhərini işıqsız qoydu
Daşkəsən rayonunda qarın ağırlığından irigövdəli ağacın budağı qırılaraq elektrik xəttinin üzərinə düşüb, şəhərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
Redaktor.az report-a istinadla xəbər verir ki, aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub.
Hazırda yaranmış problemin aradan qaldırılması üçün müvafiq işlər görülür.
Hazırda rayon ərazisində yağıntılı hava şəraiti davam edir.













