DSX-nin Akademiyasındakı yanğının səbəbi AÇIQLANDI

 19:19 06.12.2022     265

 “Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda baş vermiş yanğın tam olaraq söndürülüb. Akademiyanın şəxsi heyəti tərəfindən görülən ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunan əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəyib”.

Bu barədə Redaktor.az-a DSX-dən bildirilib.

Qeyd edilib ki, yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısa qapanmanın olduğu ehtimal edilir.