Bakıda məktəblini maşın vurdu

 09:33 07.12.2022     164

Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Y.Əsgərovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qasıq və oturmaq sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.