Uşağa spirtli içki verib videoya çəkən şəxs CƏZALANDIRILDI

 16:05 07.12.2022     360

Azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Rəsmi məlumata görə, həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Vumart və Güvən reklamı Vumart Güvən