Qanunsuz ov edənlər saxlanıldı

 19:46 07.12.2022     333

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qanunsuz ov edən C.Şamiyev və B.Muradov saxlanılıb.

Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına görə, onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.2-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.