Baş Prokurorluqdan Bakıdakı qətllə bağlı MƏLUMAT - YENİLƏNİB

 21:27 07.12.2022     328

Baş Prokurorluq Bakının Xətai rayonunda törədilən qətllə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, paytaxtın Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.

***

Bakıda kişi keçmiş arvadını qətlə yetirib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

O bildirib ki, hadisə Xətai rayonunda, Həzi Aslanov metro stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Raminə Qəribova keçmiş əri, 1976-cı il təvəllüdlü İlqar Qəribov tərəfindən qətlə yetirilib.

İlqar Qəribov polis əməkdaşları tərəfindən "isti izlərlə" saxlanılıb.

Qeyd edək ki, cütlük ötən ilin avqust ayında boşanıb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən