Sumqayıt-Bakı qatarı piyadanı vurdu

 08:33 08.12.2022     166

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub.

Redaktor.az xəbər verir ki, hadisə bu gün saat 07:25-də Sumqayıtdan Bakıya gələn Sumqayıt-Xırdalan-Bakı elektrik qatarında qeydə alınıb.

Hadisə təxminən səhər saat 07:40 radələrində Abşeron rayon ərazisindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində piyada ölüb.

Maşinist hadisə ilə bağlı sərnişinləri məlumatlandıraraq bildirib ki, hadisəyə görə qatarın hərəkəti yubanacaq. Hazırda hadisə baş verən yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir (report).