Gəncə və ətraf rayonlarda zəlzələ oldu
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçqaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb.
Bu barədə Redaktor.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.
Maqnitudası 5,7 olan zəlzələ 5 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, dekabrın 8-də Rusiyanın Dağıstan Respublikası ilə Gürcüstan sərhədində 5,5 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri 22 km dərinlikdə yerləşib.

10.51
Gəncə şəhərində və ətraf rayonlarda zəlzələ olub.
Redaktor.az xəbər verir ki, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ, təxminən, 40-45 saniyə davam edib.
Yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da hiss edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.













