Maşınla adam öldürən aeroportda saxlanıldı

 12:11 08.12.2022     138

Şəmkirdə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü hava limanında saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hoyabrın 17-si saat 9 radələrində rayonun Çaylı kəndi ərazisində rayon sakini Yalçın Məmmədovun baş və ayaq nahiyəsində xəsarətlər olan meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun “VAZ-2016” markalı avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi müəyyən olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq RPŞ-yə gətirilib.

Araşdırma aparılır.