Minik maşını çörək sexinə çırpıldı - FOTO

 20:35 08.12.2022     249

Gəncədə yol qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə daha sonra çörək bişirmə sexinə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, minik maşınına və çörək sexinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə minik maşını çörək sexinə çırpılıb - FOTO Gəncədə minik maşını çörək sexinə çırpılıb - FOTO