Küçədə öldürülən qadın görün kim imiş - FOTO

 21:52 08.12.2022     272

Paytaxtın Xətai rayonunda 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə yeni məlumatlar məlum olub.

Redaktor.az xəbər verir ki, R.Qəribovanı öldürən keçmiş yoldaşı İlqar Qəribov mərhumun bibisioğlu imiş.

Qeyd edək ki, R.Qurbanova saç ustası işləyirmiş.

Xatırladaq ki, zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İ.Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.