Bir gecədə 4 nəfər dəm qazından öldü

 09:31 09.12.2022     400

Göygöldə iki nəfər dəm qazından zəhərlənib. 

Redaktor.az xəbər verir ki, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Kamil Musayev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 28 yaşlı kişi xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.

Digər hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Dilşad Ələsgərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktlarla bağlı araşdırma aparılır.

Dünən İmişlidə də dəm qazından zəhərlənmə qeydə alınıb.

Bəhrəmtəpə qəsəbəsində yaşayan, 1953-cü il təvəllüdlü Muxtarəli Həsənov yaşadığı evdə qaz sobasından sızan dəm qazından boğularaq ölüb.

Bundan başqa Abşeronda da 21 yaşlı qız dəm qazından boğularaq ölüb.

Aşağı Güzdək qəsəbəsində yaşayan 2001-ci il təvəllüdlü Tahirə Qaraçayeva evin hamam otağında dəm qazından boğularaq ölüb.

Sumqayıtda da dəm qazından ölüm hadisəsi baş verib.

Hadisə şəhərin Xəzər bağlarında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Vüsalə Novruzova dəm qazından boğularaq dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, Sumqayıtda son 3 gün ərzində dəm qazından üçüncü ölüm faktıdır (apa).

Vumart və Güvən reklamı Vumart Güvən