Bəxtiyar Hacıyev jurnalistin şikayəti əsasında saxlanıldı - YENİLƏNİB
Daxili İşlər Nazirliyi ictimai fəal Baxtiyar Hacıyevin həbsi barədə açıqlama yayıb.
Redaktor.az-a nazirlikdən verilən məlumatda deyilir:
"Vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib".
***
İctimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.
O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə aparılır”.
Məlumata görə, B.Hacıyev jurnalist Ülviyə Alovlunun şikayəti əsasında tutulub.













