Şəkidə yola qəzasına düşənlərin şəxsiyyəti müəyyənləşib - VİDEO - YENİLƏNİB

 13:50 10.12.2022     415

Şəkidə baş verən yol qəzasında yaralananların şəxsiyyəti müəyyənləşib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, Şəki rayonunun Qayabaşı kəndi ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini Sərxan Quluzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 4 nəfər sərnişin xəsarət alıb.

Mingəçevir şəhər sakinləri - Vüqar Məmmədəliyev, Qalib Muradov, Qəhrəman Qurbanlı, İlqar Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Şəkidə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az
xəbər verir ki, hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Sarıca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.