Goranboyda toyda dava oldu - bıçaqlanan var
Goranboyda bıçaqlanma baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.
1991-ci il təvəllüdlü Elman Yəhyazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisə kənddə keçirilən toyda baş verib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.













