Futbol hakimləri ağır qəza keçirdilər - Ölən var

 22:19 10.12.2022     372

Yevlaxda avtomobil qəzasında xəsarət alanların arasında futbol hakimləri və hakim-inspektor da olub.

Redaktor.az xəbər verir ki, Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ədalət təmsilçiləri I Divizionda “Mingəçevir” və “Qaradağ Lökbatan” komandaları arasındakı XIV tur oyunundan sonra Bakıya qayıdarkən baş verib. Onları daşıyan nəqliyyat vasitəsi Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub.

Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, "Mingəçevir" - "Qaradağ Lökbatan" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub.

Vumart və Güvən reklamı Vumart Güvən