Bakıda keçmiş prokuroru maşın vurdu

 10:11 12.12.2022     960

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirirlər.

Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib (apa).

Vumart və Güvən reklamı Vumart Güvən