Goranboyda yol qəzası - ölən var

 10:53 12.12.2022     818

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, dekabrın 11-də saat 13 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində rayon sakini İ.Zeynalovun idarə etdiyi “Geely” və Samux rayon sakini D.Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21099” markalı avtomobildə olan sərnişin P.Rəhimli hadisə yerində ölüb. 

Hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən