1 yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

 08:46 13.12.2022     400

Abşeron rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.

Redaktor.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb. 2021-ci il təvəllüdlü S.Osmanov yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən