Polis maşınla adam öldürdü

 17:10 14.12.2022     881

Bərdədə polis əməkdaşı 61 yaşlı kişini avtomobillə vuraraq öldürüb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb.

Belə ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı R.Hadıyev idarə etdiyi özünəməxsus “KİA” markalı avtomobillə hərəkətdə olarkən qəflətən yola çıxan piyada, əlilliyi olan şəxs, 1961-ci il təvəllüdlü Surxay Şahbazovu vurub. Xəstəxanaya çatdırılan yaralı orada ölüb.

Faktla bağlı araşdırma aparılır.