Azərbaycanda ata oğlunu güllələdi

 09:11 15.12.2022     329

Daşkəsəndə güllələnmə hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Astaf kəndindəki meşədə qeydə alınıb.

Gədəbəy sakini Elfaq Abbasov güllə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, E.Abbasov atası tərəfindən ov tüfəngi ilə güllələnib.

Hadisə vaxtı hər iki şəxsin sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (apa).