Avtomobil velosipedçini vurub öldürdü

 09:26 15.12.2022     416

Xızı rayonuda avtomobil velosipedçini vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə dekabrın 14-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 1973-cü il təvəllüdlü Babayev Səfa Vəzir oğlu idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə yolun təmiri bitmiş, lakin istifadəyə verilməmiş hissəsində hərəkətdə olarkən velosipedçi, 1963-cü il təvəllüdlü Əliyev Əlirza Ağarza oğlunu vurub.

Nəticədə velosipedçi hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.