Bakı-Quba yolunda dəhşətli qəza - 6 ölü

 11:42 15.12.2022     1494

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vita" markalı mikroavtobusla TIR toqquşub.

İlkin məlumata görə, "Mersedes-Vita"da olan sürücü daxil olmaqla 6 nəfər həlak olub, tır sürücüsü xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.