Poçtdan oğurluq edən şəxs saxlanıldı - VİDEO

 11:15 15.12.2022     291

Qubada poçtdan oğurluğa cəhd edən şəxs saxlanılıb

Redaktor.az-a Dazili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon  Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Piriyev saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxs rayon ərazisində olan marketlərdən birinə daxil olaraq oradan 490 manat pul və 20 manat dəyərində müxtəlif növ siqaretlər oğurladığını, eləcə də Quba Poçt filialının 1-ci Nügədi poçt şöbəsinə maddi ziyan  vurmaqla oğurluğa cəhd etdiyini etiraf edib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən