Goranboy sakini Kəlbəcərdən yük maşını qaçırdı

 11:38 15.12.2022     851

Kəlbəcər rayonu ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub. 

Redaktor.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb.

Avtomobil şirkətə təhvil verilib. 

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən