Goranboyda mağazalardan oğurluq edənlər saxlanıldı

 08:47 16.12.2022     608

Goranboy rayonunda mağazalardan oğurluq edilib, saxlanılanlar var.

Redaktor.az xəbər verir ki, rayon ərazisində olan mağazaların birindən 80 manat pul, 366 manat dəyərində danışıq kartları və alışqanlar oğurlanıb.

Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri - R.Bəkirov və M.Bukavadze saxlanılıblar.

Qeyd edək ki, R.Bəkirov digər mağazadan da pul və 923 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinir.

Onların hər ikisi barəsində cinayət işi açılıb, araşdırma aparılır (report).