Bakıda dəhşətli qəza - 2 nəfər öldü

 09:19 16.12.2022     475

Bakıda avtomobil TIR-la toqquşub.

Redaktor.az xəbər verir ki, hadisə Səbail rayon ərazisində qeydə alınıb.

1996-cı il təvəllüdlü Vasif Behbudov idarə etdiyi "VAZ 2107" markalı avtomobil İran vətəndaşı 1985-ci il təvəllüdlü Naziri Çiqlanın idarə etdiyi TIR-la toqquşub. Nəticədə, sürücü və avtomobilin qabaq oturacağında oturan, şəxsiyyəti hələlik məlum olmayan daha bir nəfər ölüb, iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb (apa).

Vumart və Güvən reklamı Vumart Güvən