Bakıda yeniyetmə atasını BIÇAQLADI

 10:00 16.12.2022     453

Bakıda yeniyetmə oğul atasını bıçaqlayıb.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Elməddin Ağayev ailə münaqişəsi zəminində atası, 1982-ci il təvəllüdlü Qiyamət Ağayevi ürək nahiyəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Elməddin Ağayev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

E.Ağayev şübhəli şəxs qismində tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən