6 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı - RƏSMİ

 14:43 16.12.2022     540

Bakı-Quba yolunda qəza törədən "TIR"ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

"Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. Şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İstintaq hərəkətləri aparılır", - DİN rəsmisi bildirib.

Xatırladaq ki, dekabrın 15-də Bakı-Quba yolunda mikroavtobusla "TIR" toqquşub. Hadisə nəticəsində 6 nəfər - 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu, 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu, 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev həlak olub.

Qəzada yaralanan "TIR"ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmişdi. TƏBİB-dən Modern.az-a verilən məlumata görə, E.Atayev bu gün ambulator müalicə üçün evə buraxılıb.

Vumart və Güvən reklamı Vumart Güvən