“Azərişığ”ın əməkdaşlarını elektrik cərəyanı vurdu - Biri ölüb

 22:27 16.12.2022     282

“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub, biri ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, hadisə bu gün saat 15:45 radələrində qeydə alınıb.

"Azərişıq ASC"nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları - 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.

C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.