Qəbələdə bir gecədə 3 mağaza yandı

 09:45 17.12.2022     318

Qəbələ rayonunun Vəndam qəsəbəsində yanğın olub.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, Vəndam qəsəbəsində ümumi sahəsi 97 m² olan bir dam altında bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 12 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 35 m² olan çayxananın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı digər mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.