Yanan maşından güclə çıxdı

Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili dəmir maneəyə çırpılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qəza nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.
Sürücü son anda yanan maşından çıxa bilib.
Maşının qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.