Borca görə axtarışda olan 89 nəfər SAXLANILDI

 10:30 17.12.2022     361

Dekabrın 16-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən Redaktor.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 89 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən