Yük avtomobili mikroavtobula toqquşdu - Yaralılar var

 12:48 18.12.2022     710

Biləsuvar rayonunda yük avtomobili sərnişin mikroavtobusu ilə toqquşub.

Redaktor.az xəbər verir ki, hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobilinin "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, "Ford" Şirvan şəhərinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən