Goranboyda 18 yaşlı qız dəm qazından zəhərlənib

 13:40 18.12.2022     733

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.

2004-cü il təvəllüdlü Xədicə Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 18 yaşlı qız yaşadığı evdə dəm qazından zəhərlənib.

Vumart və Güvən reklamı Vumart Güvən