Avtomobil 2 yeniyetməni vurdu - Biri öldü

 18:02 18.12.2022     389

Salyan rayonunda avtomobil 2 yeniyetməni vurub, onlardan biri ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan sakinləri, 2007-ci il təvəllüdlü Abbasov Əfqan Yamin oğlu və 2010-cu il təvəllüdlü Abbasov Murad Samir oğlunu vurub.

Abbasov Əfqan aldığı xəsarətlərdən xəstəxanada ölüb, Abbasov Murad isə Salyan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən