Şəkidə piyadanı maşın vuraraq öldürdü
Şəki rayonunda piyadanı maşın vuraraq öldürüb.
Redaktor.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Aşağı Göynük kəndi ərazisində baş verib.
Hələlik şəxsiyyəti dəqiqləşməyən 45-50 yaşlı kişini avtomobil vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır (apa.az).













