Mingəçevirdə mənzildə meyit tapıldı

 23:22 18.12.2022     1138

Mingəçevirdə mənzildə meyit tapılıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.