Maşın vuran qadının ayağı kəsildi

 09:20 19.12.2022     221

Bakıda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə Qaradağ rayonunda olub.

62 yaşlı Durdanə İsayeva “Meyvəli bazarı”nın qarşısında, yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Qadın xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, onun sağ ayağı amputasiya edilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır (apa).