Gənc qız dəm qazından zəhərlənib öldü

 17:31 19.12.2022     351

Bakıda zəhərlənmə hadisəsi olub. 

Redaktor.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib. 

21 yaşlı Zəhraxanım Firdivsi qızı Orucova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.